satellite   Azerspace-1: 11135 H 30000

ABŞ: Ermənistanı Azərbaycanla yekun razılaşma əldə etməyə çalışmağa çağırırıq

ABŞ: Ermənistanı Azərbaycanla yekun razılaşma əldə etməyə çalışmağa çağırırıq

ABŞ Ermənistanı Azərbaycanla yekun razılığa gəlməyə çağırır.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti rəhbərinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O Brayen Brüsseldə jurnalistlərə Birləşmiş Ştatların dövlət katibi, Avropa Komissiyasının rəhbəri və Ermənistanın baş nazirinin üçtərəfli görüşünün nəticələrindən danışarkən deyib.

“Görüş Ermənistanda aparılan islahatlara həsr olunmuşdu, lakin biz təbii ki, onu sülh yoluna davam etməyə və Azərbaycanla yekun razılığa gəlməyə təşviq etdik”, - amerikalı rəsmi bildirib.

Onun sözlərinə görə, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması regional təhlükəsizliyi və rifahı təmin etmək üçün ən yaxşı yoldur. Xüsusilə, bu, Aralıq dənizi regionundan Mərkəzi Asiyaya yeni ticarət yolları açacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Hacıqabulda zəlzələ olub

10:36 19.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM