satellite   Azerspace-1: 11135 H 30000

Ağdamda detonator partlayıb, ANAMA-nın əməkdaşı yaralanıb

Ağdamda detonator partlayıb, ANAMA-nın əməkdaşı yaralanıb

Ağdam rayonunun Sarıcalı kəndi ərazisində detonator partlayıb, Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı xəsarət alıb.

Bu barədə Naxçıvan televiziyası-a ANAMA-dan məlumat verilib.

Qeyd edilib ki, agentliyin əməkdaşı 2000-ci il təvəllüdlü Piriyev Anar Mürşüd oğlu xidməti vəzifəsini yerinə yetirərkən alüminium gövdəli kiçik ölçülü detonatorun işə düşməsi nəticəsində əl və ayaq nahiyəsindən yüngül xəsarətlər alıb.

"Xəsarət alan əməkdaş müayinə olunmaq üçün rayon xəstəxanasına çatdırılıb. Həyati təhlükəsi və ciddi xəsarəti yoxdur", - məlumatda vurğulanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Hacıqabulda zəlzələ olub

10:36 19.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM