satellite   Azerspace-1: 11135 H 30000

Ötən həftə azad olunmuş ərazilərdə 57 mina aşkarlanıb

Ötən həftə azad olunmuş ərazilərdə 57 mina aşkarlanıb

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumat yayıb.

Naxçıvan televiziyası xəbər verir ki, ANAMA-nın məlumatına görə, azad olunan ərazilərdə 1-7 aprel 2024-cü il tarixi ərzində 10 tank əleyhinə mina, 47 piyada əleyhinə mina, 718 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Həmçinin 1576 hektar ərazi minalardan təmizlənib.

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) həyata keçirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Hacıqabulda zəlzələ olub

10:36 19.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM