satellite   Azerspace-1: 11135 H 30000

Ordu ilə bağlı cəmiyyətdə təşviş yaratmaq cəhdində şübhəli bilinən şəxslərə qarşı hüquqi tədbirlər həyata keçirilib

Ordu ilə bağlı cəmiyyətdə təşviş yaratmaq cəhdində şübhəli bilinən şəxslərə qarşı hüquqi tədbirlər həyata keçirilib

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən cəmiyyətdə təşviş yaratmaq cəhdində şübhəli bilinən şəxslərə qarşı hüquqi tədbirlər həyata keçirilib.

Naxçıvan televiziyası-ın məlumatına görə, DTX tərəfindən sosial şəbəkələrdə Azərbaycan-Ermənistan sərhədində gərginliyin artması, Azərbaycan Ordusunda şəhidlərin və yaralıların olması, qoşun birləşmələrinin və ağır artilleriya silahlarının hazırlıq vəziyyətinə gətirilməsi, Laçın rayonu ərazisində komendant saatının tətbiq edilməsi ilə bağlı yalan xəbərlər yaymaqda təqsirləndirilən Azərbaycan Respublikasının vətəndaşları – 1977-ci il təvəllüdlü Əliyev Rəşad Balağa oğlu və 1973-cü il təvəllüdlü Məlikov Pərviz Ramiz oğlu olduğu müəyyən edilib.

“Onların belə məlumatları yaymalarının qarşısı alınaraq zəruri hüquqi prosedur tədbirlər həyata keçirilib”, - məlumatda vurğulanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Hacıqabulda zəlzələ olub

10:36 19.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM