satellite   Azerspace-1: 11135 H 30000

Miller: ABŞ Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üzrə dialoqu alqışlayır

Miller: ABŞ Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üzrə dialoqu alqışlayır

Biz açıq şəkildə bildirdik ki, dialoqu alqışlayırıq (Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına dair).

Naxçıvan televiziyası-ın məlumatına görə, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller növbəti brifinqdə Azərbaycan və Ermənistan arasında gələcək mümkün təmaslara dair sualı cavablandırarkən deyib.

M.Miller bildirib ki, problemin həlli danışıqlar masasından keçir.

"Qarşıdan gələn danışıqlar barədə danışmaq istəmirəm. Biz dialoqu alqışladığımızı açıq şəkildə bildirdik. Bu dialoqun asanlaşdırılması üçün istənilən rolu oynamaqdan məmnunuq və buna davam edəcəyik. Hər hansı konkret görüşlərdən əvvəlcədən danışmaq istəmirəm”, - Dövlət Departamentinin sözçüsü əlavə edib.

Qeyd edək ki, Ermənistan Azərbaycan tərəfinin “Sülh müqaviləsi” layihəsi ilə bağlı son təkliflərinə cavab verib. Söhbət “Sülh müqaviləsi” layihəsinə dair təkliflərin səkkizinci variantından gedir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Hacıqabulda zəlzələ olub

10:36 19.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM