satellite   Azerspace-1: 11135 H 30000

Qazaxıstan Prezidenti: Ermənistan-Azərbaycan sülh sazişinin tezliklə imzalanmasında maraqlıyıq

Qazaxıstan Prezidenti: Ermənistan-Azərbaycan sülh sazişinin tezliklə imzalanmasında maraqlıyıq

Qazaxıstan Ermənistanla Azərbaycan arasında problemə biganə qalmır və iki dövlət arasında sülh sazişinin tezliklə imzalanmasında maraqlıdır.

Naxçıvan televiziyası xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev İrəvana səfəri ərəfəsində “Armenpress”ə müsahibəsində deyib.

O bildirib ki, İrəvanla Bakı arasında möhkəm və uzunmüddətli sülhün bərqərar olması Qazaxıstanın maraqlarına cavab verir.

"Qazaxıstan sülhməramlı təşəbbüslərin təşəbbüskarı və dəstəkçisi kimi regionumuzun dinc və sabit inkişafına yönəlmiş istənilən səyləri dəstəkləməyə hazırdır", - deyə saytda dərc olunan xəbərdə vurğulanıb.

Xatırladaq ki, aprelin 15-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Ermənistana səfər edəcək.

Səfər zamanı onun Ermənistanın baş naziri Nikol Paşinyan və prezident Vaaqn Xaçaturyanla görüşü nəzərdə tutulub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Hacıqabulda zəlzələ olub

10:36 19.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM