satellite   Azerspace-1: 11135 H 30000

Ceyhun Bayramov: Ermənistanın Azərbaycanın bölgədə sülh və quruculuq səylərinə qarşılıq verməsi vacibdir

Ceyhun Bayramov: Ermənistanın Azərbaycanın bölgədə sülh və quruculuq səylərinə qarşılıq verməsi vacibdir

Ermənistan Azərbaycanın bölgədə sülh və quruculuq istiqamətində səylərinə qarşılıq göstərməsi vacibdir.

Naxçıvan televiziyası xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Mərkəzi Asiya-Körfəz Əməkdaşlıq Şurasının fəxri qonaq qismində iştirak etdiyi strateji dialoq toplantısında çıxışı zamanı bildirib.

O, postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, mina təhlükəsi, habelə Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin gedişatı barədə məlumat verib.

Nazir həmçinin Ermənistanın 30 ilə yaxın işğalı dövründə ölkəmizin mövqeyini dəstəkləyən, habelə postmünaqişə dövründə aparılan quruculuq işləri və minatəmizləmə fəaliyyətinə töhfə verən bütün tərəfdaşlara təşəkkür ifadə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM