Ayxan Hacızadə: Fransanın Azərbaycanı birtərəfli addımlarda təqsirləndirməsi əsassızdır

Ayxan Hacızadə: Fransanın Azərbaycanı birtərəfli addımlarda təqsirləndirməsi əsassızdır

Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyini və ev sahibliyini hədəf alan çağırışlar edən Fransanın Azərbaycanı birtərəfli addımlarda təqsirləndirməsi tam əsassızdır.

NUHÇIXAN xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Fransanın Azərbaycandakı səfirinin geri çağırılması ilə bağlı sualı cavablandırarkən deyib.

Bildirilib ki, Fransa ərazisində mövcud olan Azərbaycanofob mühitin nəticəsi olaraq Azərbaycan səfirliyinə qarşı dəfələrlə hücumların edilməsi və səfirliyin binasına zərər yetirilməsi, nəhayət ağlasığmaz addım kimi 19-cu əsr görkəmli Azərbaycan şairəsi Xurşidbanu Natəvanın büstünə qarşı vandallıq aktlarının törədilməsi və hökumət tərəfindən bunun qarşısının alınması üçün tədbirlər görülməməsi Fransanın Azərbaycan əleyhinə kampaniyasının tərkib hissələridir.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM