satellite   Azerspace-1: 11135 H 30000

Laçın rayonunun Sus kəndinə növbəti köç karvanı yola salınıb - FOTOLAR

Laçın rayonunun Sus kəndinə növbəti köç karvanı yola salınıb<font color=red> - FOTOLAR</font> Laçın rayonunun Sus kəndinə növbəti köç karvanı yola salınıb<font color=red> - FOTOLAR</font> Laçın rayonunun Sus kəndinə növbəti köç karvanı yola salınıb<font color=red> - FOTOLAR</font> Laçın rayonunun Sus kəndinə növbəti köç karvanı yola salınıb<font color=red> - FOTOLAR</font> Laçın rayonunun Sus kəndinə növbəti köç karvanı yola salınıb<font color=red> - FOTOLAR</font>

Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət köç karvanı mayın 24-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.

Naxçıvan televiziyası xəbər verir ki, bu mərhələdə Laçın rayonunun Sus kəndinə 39 ailə, 140 nəfər köçürülüb.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Doğma yurda qayıdan Laçın rayon Sus kənd sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.

Xatırladaq ki, indiyədək Laçın rayonunun Sus kəndində 59 ailənin, yəni 215 nəfərin daimi məskunlaşması təmin edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM