satellite   Azerspace-1: 11135 H 30000

Xarici diplomatlar və hərbi attaşelərin Qarabağa növbəti səfəri başlayıb

Xarici diplomatlar və hərbi attaşelərin Qarabağa növbəti səfəri başlayıb

Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik korpusun üzvləri, o cümlədən hərbi attaşelərin mayın 24-də Qarabağa və Şərqi Zəngəzura növbəti səfəri başlayıb.

Naxçıvan televiziyası xəbər verir ki, Laçına səfər edəcək diplomatik korpusun üzvləri Zəngilan Beynəlxalq Hava Limanına çatıblar.

Buradan Laçına yola düşəcək iqamətgahı Bakıda yerləşən səfirlik və beynəlxalq təşkilatların nümayəndələri səfər çərçivəsində orada COP29-la əlaqədar təqdimat mərasimində iştirak edəcəklər.

Həmçinin diplomatik korpus nümayəndələri Laçın şəhərində həyata keçirilən bərpa və yenidənqurma işləri ilə tanış olacaqlar. Bu çərçivədə Zerti Aqro- Sənaye Parkını və Hoçazfilm kinopavilyonunu ziyarət, həmçinin Həkəri çayına balıqların buraxılması planlaşdırılır. Bundan sonra isə "Xalça belə yarandı" adlı sərginin açılışı nəzərdə tutulub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM