satellite   Azerspace-1: 11135 H 30000

Əsaslı təmir olunan “Alıkeyxanlı” sərhəd zastavası xidməti istifadəyə verilib - VİDEO

Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində əsaslı təmir olunan “Alıkeyxanlı” sərhəd zastavası mayın 24-də xidməti istifadəyə verilib.

Bu barədə Naxçıvan televiziyası-a DSX Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, tədbirdə DSX-nin rəisi general-polkovnik Elçin Quliyevin təbriki şəxsi heyətə çatdırılıb.

Xidmət rəisinin birinci müavini – Baş Qərargah rəisi general-leytenant Rəşad Sadıqov sərhəd zastavasının inzibati binasında yaradılmış şəraitlə tanış olub, xidməti mənzillərə baxış keçirib.

Sərhəd zastavasının inzibati binasında zəruri avadanlıqlarla təchiz edilmiş xidməti otaqlar və yaşayış evləri şəxsi heyətin istifadəsinə verilib.

Tədbirin sonunda xatirə fotoşəkilləri çəkilib və şəxsi heyətlə birlikdə əsgər yeməkxanasında nahar edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Neft ucuzlaşıb

11:35 18.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM