satellite   Azerspace-1: 11135 H 30000

Əziz Sancar: Mən söz vermişdim ki, qələbədən sonra Şuşaya gedib namaz qılacağam

Əziz Sancar: Mən söz vermişdim ki, qələbədən sonra Şuşaya gedib namaz qılacağam

Mən söz vermişdim ki, qələbədən sonra Şuşaya gedib namaz qılacağam. Çox şükür ki, bu arzumu yerinə yetirə bildim.

Naxçıvan televiziyası xəbər verir ki, bu sözləri Naxçıvan Dövlət Universitetində tələbələrlə görüşdə Kimya üzrə Nobel mükafatı laureatı, professor Əziz Sancar deyib.

"44 günlük Qarabağ savaşını yaxından izləyirdim. 44 gün heç bir işlə məşğul olmadım. Bütün günü kompüter arxasında xəbər saytlarını, sosial media hesablarını və televiziyaları izləyirdim.

Mənim üçün Qarabağ zəfəri Türkiyənin qurtuluş savaşından sonra Türk dünyasının ən böyük zəfəridir", - Ə.Sancar bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM