satellite   Azerspace-1: 11135 H 30000

Ceyhun Bayramov: Macarıstan şirkətləri Qarabağda tikinti işlərində fəal iştirak edirlər

Ceyhun Bayramov: Macarıstan şirkətləri Qarabağda tikinti işlərində fəal iştirak edirlər

Macarıstan şirkətləri artıq Qarabağ bölgəsində tikinti işlərində fəal iştirak edirlər.

Naxçıvan televiziyası-ın xəbərinə görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov macarıstanlı həmkarı Peter Siyarto ilə keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Cəbrayılın Soltanlı yaşayış məntəqəsindəki tikinti işləri macar şirkətləri tərəfindən həyata keçirilir: "Hesab edirik ki, bu, birgə əməkdaşlığımızın növbəti təzahürü olacaq".

Nazir onu da bildirib ki, azərbaycanlı tələbələrin Macarıstanda sayı ilbəil artır: "Bir sıra universitetlərimiz arasında da əlaqələrimiz mövcuddur".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM