satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanlı alimlər Rusiya Dövlət Tarix Arxivində yeni materiallar toplayırlar

Naxçıvanlı alimlər Rusiya Dövlət Tarix Arxivində yeni materiallar toplayırlar

Ötən ilin oktyabr ayında Naxçıvanın tarixi, mədəniyyəti və başqa sahələrlə bağlı yeni arxiv materialları toplamaq üçün AMEA Naxçıvan bölməsinin iki əməkdaşı Ankaraya ezam olunub. Axtarışlar nəticəsində Türk Tarix Qurumu və Türkiyə Cümhuriyyəti Genel Qurmay Başqanlığı Hərb Tarixi və Strateji Araşdırmalar Başqanlığı Arxivindən, Xarici işlər Nazirliyi Türk Diplomatik Arxivi, Dövlət Arxivləri Başqanlığı Cümhuriyyət Arxivi, Dövlət Arxivləri Başqanlığı Osmanlı Arxivi, Milli Müdafiə Nazirliyi Hərbi Tahrir Arxivi fondlarından 500-ə yaxın sənəd toplanıb.

AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən Naxçıvan televiziyası-a bildirilib ki, həmin fəaliyyətin davamı olaraq bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi katibi, tarix üzrə fəlsəfə doktoru Yaşar Rəhimov və şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent İlhami Əliyev Sankt-Peterburqa ezam olunublar. Əməkdaşlar hazırda Rusiya Dövlət Tarix Arxivində axtarışlarını davam etdirirlər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM