satellite   Azerspace-1: 11135 H 30000

Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı missiyasının rəhbəri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı missiyasının rəhbəri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iyulun 16-da Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı missiyasının rəhbəri Troy Dulini qəbul edib.

Naxçıvan televiziyası-ın məlumatına görə, görüş zamanı missiyanın rəhbəri etimadnamə məktubunun surətini nazir Ceyhun Bayramova təqdim edib.

Nazir Troy Duliyə fəaliyyəti müddətində uğurlar arzulayıb.

Görüşdə Azərbaycan və Beynəlxalq Miqrasiya Təşkilatı arasında əməkdaşlıq perspektivləri, eləcə də cari ildə ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işlərindən irəli gələn məsələlər müzakirə olunub.

Nazir Ceyhun Bayramov ölkəmizin Beynəlxalq Miqrasiya Təşkilatı ilə sıx əməkdaşlığının mövcud olduğunu qeyd edərək, xüsusilə miqrasiya sahəsində qanunvericiliyin və institutların təkmilləşdirilməsi üzrə birgə layihələrin icrasının məmnunluq doğurduğunu bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM