satellite   Azerspace-1: 11135 H 30000

MSK beş partiyanın səlahiyyətli nümayəndələrini qeydə alıb

MSK beş partiyanın səlahiyyətli nümayəndələrini qeydə alıb

2024-cü il sentyabrın 1-nə təyin edilmiş növbədənkənar parlament seçkilərində beş partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb.

Naxçıvan televiziyası xəbər verir ki, bununla bağlı qərar Mərkəzi Seçki Komissiyasının (MSK) iyulun 19-da keçirilən iclasında qəbul edilib.

MSK katibi Arifə Muxtarovanın təqdimatına əsasən, Gələcək Azərbaycan, Müsavat, Azad Vətən, Vəhdət və Ədalət partiyalarının səlahiyyətli nümayəndələrinin qeydə alınması müzakirəyə çıxarılıb.

Bununla bağlı qərar səsverməyə qoyularaq qəbul olunub.

Beləliklə, MSK-da ümumilikdə 24 siyasi partiyadan 585 səlahiyyətli nümayəndə qeydə alınıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM