satellite   Azerspace-1: 11135 H 30000

Prezident İlham Əliyevin “Avropa Siyasi Birliyi” Zirvə toplantısı çərçivəsində çıxışı Gürcüstan mətbuatının diqqət mərkəzində olub

Prezident İlham Əliyevin “Avropa Siyasi Birliyi” Zirvə toplantısı çərçivəsində çıxışı Gürcüstan mətbuatının diqqət mərkəzində olub

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 18-də Oksfordda “Avropa Siyasi Birliyi” 4-cü Zirvə toplantısı çərçivəsində “Enerji və bağlantı” mövzusunda dəyirmi masadakı çıxışı zamanı söylədiyi fikirlər Gürcüstan mətbuatının diqqət mərkəzində olub.

Naxçıvan televiziyası xəbər verir ki, geniş oxucu kütləsinə malik “interpress.ge”, “realnews.ge”, “24news.ge”, “aktual.ge” portallarında yayılan xəbərlərdə Prezident İlham Əliyevin Azərbaycan qazının Avropaya nəqlinin artırılacağı, Azərbaycanın xam neftindən əhəmiyyətli dərəcədə asılı olan çox həssas ölkələrə nəql ediləcəyi ilə bağlı fikirləri əksini tapıb.

Xəbərlərdə dövlətimizin başçısının nitqindən gətirilən sitatlarda deyilir: “Azərbaycanın təbii qazını səkkiz ölkə alır, onlardan beşi - Bolqarıstan, Yunanıstan, İtaliya, Macarıstan və Rumıniya Avropa İttifaqının üzvüdür. İndi biz Aralıq dənizində Türkiyənin Ceyhan limanından neftimizi müxtəlif təyinat nöqtələrinə, o cümlədən Azərbaycanın xam neftindən əhəmiyyətli dərəcədə asılı olan çox həssas nöqtələrə nəql edirik”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM