satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan Prezidenti: Bizim ABŞ-la münasibətlərimiz demək olar hər zaman sabit olub

Azərbaycan Prezidenti: Bizim ABŞ-la münasibətlərimiz demək olar hər zaman sabit olub

Azərbaycan-ABŞ əlaqələri haqqında danışdıqda bizim əlbəttə ki, Respublikaçılar hakimiyyəti ilə əlaqələrimiz nəzərəçarpacaq dərəcədə uğurlu və nəticəyönümlü olub.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Prezident İlham Əliyev “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunda çıxışında bildirib.

“Eyni zamanda, Prezident Trampın dövründə bizim çox səmərəli əməkdaşlığımız olub. Onlar qarşılıqlı hörmət üzərində qurulmuşdur və qarşılıqlı dəstəyin yüksək qiymətləndirilməsindən ibarət idi”, - deyən dövlətimizin başçısı vurğulayıb ki, bizim ABŞ-la münasibətlərimiz demək olar hər zaman sabit olub. Qeyd edib ki, müəyyən enişli-yoxuşlu dövrlər olub, o da bizim günahımız deyildi. Çünki onlar bizim siyasi həyatımıza müdaxilə etməyə çalışırdılar, onlar siyasi müxalifəti maliyyələşdirmək cəhdləri ediblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM