satellite   Azerspace-1: 11135 H 30000

Şuşa Forumunda “Yaşıl dünya naminə həmrəylik - COP29” adlı təqdimat keçirilib

Şuşa Forumunda “Yaşıl dünya naminə həmrəylik - COP29” adlı təqdimat keçirilib

“Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda təşkil olunan 2-ci Şuşa Qlobal Media Forumu çərçivəsində iyulun 22-də “Yaşıl dünya naminə həmrəylik - COP29” adlı təqdimat keçirilib.

Naxçıvan televiziyası xəbər verir ki, təqdimatı Azərbaycan Respublikası energetika nazirinin müavini, COP29-un baş icraçı direktoru Elnur Soltanov edib.

Təqdimatda Elnur Soltanov Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar həyata keçirilən tədbirlər və hazırlıq işləri, ölkə səviyyəsində iqlim dəyişikliyinin təsirləri ilə aparılan mübarizə, işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma prosesində sərgilənən dayanıqlı yanaşma barədə məlumat verib, iştirakçıların suallarını cavablandırıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM