satellite   Azerspace-1: 11135 H 30000

Elçin Əmirbəyov: Türkiyə də anlayır ki, Ermənistanla əlaqələrin inkişafı Ermənistan-Azərbaycan münasibətlərindən asılıdır

Elçin Əmirbəyov: Türkiyə də anlayır ki, Ermənistanla əlaqələrin inkişafı Ermənistan-Azərbaycan münasibətlərindən asılıdır

“Azərbaycanın regionda olan çətinliklər, çağırışlar və problemlərlə bağlı yanaşması hərtərəflidir”.

Naxçıvan televiziyası-ın məlumatına görə, bu sözləri ABŞ-da səfərdə olan Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov “Hudson” İnstitutunda keçirilən müzakirələr zamanı deyib. O bildirib ki, Türkiyə də anlayır ki, Ermənistan və Türkiyə arasına əlaqələrin inkişafı Ermənistanla Azərbaycan arasında münasibətlərdə əldə oluna biləcək irəliləyişdən asılıdır.

“Çünki Türkiyə ilə Ermənistan arasında sərhədlərin bağlanmasının əsas səbəbi də Ermənistanın Azərbaycana qarşı təcavüzü və işğalıdır. Biz Türkiyə ilə eyni mövqedəyik. Türkiyə də anlayır ki, Cənubi Qafqazda ərazi iddiası məsələsi tez bir zamanda həll olunmalıdır və sülh prosesi ətrafında onsuz da həssas olan atmosferi daha da ağırlaşdıracaq istənilən addımdan qaçmaq lazımdır”,- deyə Elçin Əmirbəyov əlavə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM