satellite   Azerspace-1: 11135 H 30000

Polad Bülbüloğlu: Qarabağda Rusiyanın Baş Konsulluğu açıla bilər

Polad Bülbüloğlu: Qarabağda Rusiyanın Baş Konsulluğu açıla bilər

Qarabağda Rusiyanın Baş Konsulluğu açıla bilər, məsələ müzakirə olunur.

Naxçıvan televiziyası xəbər verir ki, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Rusiya Prezidenti Vladimir Putinin Bakıya səfəri ərəfəsində “TASS” agentliyinə müsahibəsində deyib.

“Rusiya Federasiyası konsulluq açmaq istəyini ifadə edib, çünki Azərbaycanın Rusiyada iki baş konsulluğu var – Yekaterinburqda və Sankt-Peterburqda”, - Azərbaycan diplomatik missiyasının rəhbəri qeyd edib.

Federasiya Şurasının Beynəlaxlq Məsələlər komitəsinin rəhbəri Qriqori Karasin mayın 27-də Azərbaycan parlamentinin nümayəndə heyəti ilə görüşdə Baş Konsulluqla bağlı planları açıqlayıb. Karasin bildirib ki, 2024-cü ilin sonuna doğru diplomatik nümayəndəliyin açılması məqsədilə yaxın günlərdə hazırlıq başlayacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM