satellite   Azerspace-1: 11135 H 30000

MSK qəzada həlak olan Nəsiman Yaqublunun bülletenlərdə adı ilə bağlı qərar qəbul edib

MSK qəzada həlak olan Nəsiman Yaqublunun bülletenlərdə adı ilə bağlı qərar qəbul edib

Mərkəzi Seçki Komissiyası (MSK) avtomobil qəzasında həlak olan deputatlığa namizəd Nəsiman Yaqublunun seçki bülletenlərində adı ilə bağlı qərar verib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Komissiyasının bu gün keçirilən iclasında müvafiq qərar müzakirəyə çıxarılıb.

MSK sədrinin müavini Rövzət Qasımovun təqdimatına əsasən, Nəsiman Qara oğlu Yaqublunun namizədliyi qeydə alınıb və bülletenlərdə adı çap edilib, dairə seçki komissiyalarına təqdim edilib.

Seçki Məcəlləsinə əsasən, bülletenlərə əlavə və dəyişikliklər haqqında məlumatları məntəqə seçki komissiyasında yerləşdirilir.

Komissiya üzvlərinin rəyindən sonra qeyd edilib ki, dairə seçki komissiyasına atılacaq addımlar haqqında müvafiq tapşırıq veriləcək.

MSK sədri Məzahir Pənahov əlavə edib ki, məlumat lövhəsində N. Yaqublunun seçki marafonunu dayandırdığı qeyd edilməlidir.

Xatırladaq ki, Bakı Dövlət Universitetində müəllim işləyən Nəsiman Yaqublu tarixçi-professordur. O, Zəngilan-Qubadlı dairəsindən deputatlığa namizəd olub və Zəngilandan seçicilərlə görüşdən qayıdan zaman yol qəzasına düşüb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM