satellite   Azerspace-1: 11135 H 30000

Bu gündən Mərakeş və Azərbaycan arasında sadələşdirilmiş viza rejimi tətbiq olunur

Bu gündən Mərakeş və Azərbaycan arasında sadələşdirilmiş viza rejimi tətbiq olunur

Bu gündən Mərakeş və Azərbaycan arasında vizadan azad edilmə haqqında saziş rəsmi olaraq qüvvəyə minir.

Naxçıvan televiziyası-ın məlumatına görə, bu gündən Azərbaycan vətəndaşları pasportlarının ölkəyə giriş tarixindən ən azı 180 gün müddətində etibarlı olması şərtilə Mərakeşə 90 günə qədər qalma müddəti ilə vizasız gedə biləcəklər.

Eynilə, Mərakeş vətəndaşları da Azərbaycana səfər etdikləri zaman vizasız imtiyazlardan yararlanacaqlar.

Xatırladaq ki, bu il mayın 4-də iki ölkə arasında “Azərbaycan Respublikası Hökuməti ilə Mərakeş Krallığı Hökuməti arasında ümumvətəndaş pasportlarının sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş” imzalanıb. Azərbaycan Prezidenti İlham Əliyev iyulun 15-də bu sazişi təsdiqləyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM