satellite   Azerspace-1: 11135 H 30000

Zakir Həsənov və Yaşar Güler əməkdaşlıq və regional təhlükəsizliyi müzakirə ediblər

Zakir Həsənov və Yaşar Güler əməkdaşlıq və regional təhlükəsizliyi müzakirə ediblər

Avqustun 30-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Güler arasında telefon danışığı olub.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Azərbaycan MN məlumat yayıb.

General-polkovnik Z.Həsənov qardaş ölkənin Zəfər bayramı və Silahlı Qüvvələr Günü münasibətilə türkiyəli həmkarını təbrik edib.
Telefon danışığı zamanı, həmçinin ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri, regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran bir sıra məsələlər də müzakirə edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM