satellite   Azerspace-1: 11135 H 30000

Ayxan Hacızadə: Ermənistanın hərbi xərclərini ötən illə müqayisədə 46% artırıb

Ayxan Hacızadə: Ermənistanın hərbi xərclərini ötən illə müqayisədə 46% artırıb

“Ermənistan tərəfinin guya Azərbaycanın hərbi büdcəsinin ölkənin ümumi daxili məhsulunun (ÜDM) 14-15%-ni təşkil etdiyini və bunun Ermənistandan qat-qat çox olduğunu bildirməsi aidiyyəti beynəlxalq təşkilatların hərbi büdcə ilə bağlı yaydıqları məlumatlara tamamilə ziddir və bu dəfələrlə şişirdilmiş rəqəmdir”.

Naxçıvan televiziyası xəbər verir ki, bu sözlər Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Ermənistan Baş naziri Nikol Paşinyanın 31 avqust tarixli mətbuat konfransında Azərbaycana qarşı səsləndirdiyi fikirlərə dair şərhində yer alıb.

Onun sözlərinə görə, Ermənistanın hərbi xərclərini ötən illə müqayisədə 46% artırması Ermənistanın militarizasiyasını sübut edən növbəti göstəricidir:

“Bununla yanaşı, Azərbaycanın guya İtaliyadan silah aldığı barədə Baş nazir tərəfindən səslənən iddia həqiqəti əks etdirmir”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM