İki gün ərzində dairə seçki komissiyalarının səsvermənin nəticələri ilə bağlı protokolları MSK-ya daxil olacaq.
Naxçıvan televiziyası xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bugünkü mətbuat konfransında deyib.
O qeyd edib ki, maksimum 20 gün müddətində MSK tərəfindən həyata keçirilməli olan bütün proseslər yekunlaşdirılacaq.
