satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanda ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlanıb

Azərbaycanda ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlanıb

Saat 10:00-a olan məlumata əsasən, seçici fəallığının ən yüksək olduğu dairə 109 saylı Qazax seçki dairəsidir.

Naxçıvan televiziyası xəbər verir ki, həmin seçki dairəsindən 17.7 faiz seçici (8646 nəfər) indiyədək səsvermə hüququndan istifadə edib.

Saat 10:00-a olan məlumata görə, seçici fəallığının ən aşağı olduğu dairə isə 43 saylı Sumqayıt ikinci seçki dairəsidir.

Bu seçki dairəsində seçici fəallığı 2.4 faiz (1169 nəfər) olub.

Qeyd edək ki, bu gün Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM