satellite   Azerspace-1: 11135 H 30000

MEDİA: “Azadlıq Radiosu”nun mənbəyi bilinməyən məlumatları anonim “jurnalist qeydi” altında paylaşması jurnalist adından sui-istifadə halıdır

MEDİA: “Azadlıq Radiosu”nun mənbəyi bilinməyən məlumatları anonim “jurnalist qeydi” altında paylaşması jurnalist adından sui-istifadə halıdır

ABŞ Konqresi tərəfindən maliyyələşən “Azadlıq Radiosu” Azərbaycanda Milli Məclisə növbədənkənar seçkilərlə bağlı ictimai rəyi manipulyasiya etməyə yönəlmiş materiallar yayımlamaqdadır və təəssüflə bildiririk ki, bu məlumatlar “jurnalist qeydləri” başlığı altında paylaşılır.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyinin açıqlamasında bildirilir.

Açıqlamada, həmçinin deyilir: “Qeyd edək ki, qanunvericiliyin tələbinə uyğun olaraq Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində akkreditasiyadan keçmiş bütün xarici media subyektlərinin seçkiləri işıqlandırmaq üçün Mərkəzi Seçki Komissiyasına müraciətinə müsbət cavab verilib. Lakin “Azadlıq Radiosu”nun bununla bağlı hər hansı müraciəti olmayıb.

“Azadlıq Radiosu”nun mənbəyi bilinməyən, qərəzli məlumatları anonim “jurnalist qeydi” altında paylaşması jurnalist adından sui-istifadə halıdır və birmənalı olaraq media etikası prinsiplərinə ziddir.

Qeyd olunanlar fonunda medianın manipulyasiya metodu ilə ictimai rəyi çaşdırmaq cəhdlərini yolverilməz hesab edir və qınayırıq”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM