satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda Milli Məclisə növbədənkənar parlament seçkiləri ilə paralel olaraq Ali Məclisə də keçirilən seçkilər başa çatıb - FOTOLAR

Naxçıvanda Milli Məclisə növbədənkənar parlament seçkiləri ilə paralel olaraq Ali Məclisə də keçirilən seçkilər başa çatıb<font color=red> - FOTOLAR</font> Naxçıvanda Milli Məclisə növbədənkənar parlament seçkiləri ilə paralel olaraq Ali Məclisə də keçirilən seçkilər başa çatıb<font color=red> - FOTOLAR</font>

Bu gün Azərbaycanda Milli Məclisə növbədənkənar parlament seçkiləri ilə paralel olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinə də seçkilər keçirilib.

Naxçıvan televiziyası xəbər verir ki, səhər saat 8:00-da başlayan səsvermə saat 19:00-da yekunlaşıb. Bülletenlər sayılıb protokollaşdırıldıqdan sonra aidiyyəti seçki dairələrinə göndəriləcək. 

Qeyd edək ki,Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər 45 seçki dairəsi üzrə 331 seçki məntəqəsində keçirilib. Muxtar respublika üzrə ümumi seçicilərin sayı 288 356 nəfər olub. Seçki günü 18 yaşı tamam olan seçicilərin muxtar respublika üzrə sayı 31, seçkilərdə ilk dəfə iştirak edən seçicilərin sayı isə 3891 nəfər olub.

Ali Məclisə seçkilərdə deputat mandatı uğrunda 187 nəfər namizəd mübarizə aparıb. Onlardan 41 nəfəri qadındır. Ali Məclisə seçkilərdə müşahidəçi qismində iştirak etmək üçün ümumilikdə 452 nəfər akkreditasiyadan keçib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM