satellite   Azerspace-1: 11135 H 30000

Daşkənddə MDB ölkələrinin antiterror təlimləri keçiriləcək

Daşkənddə MDB ölkələrinin antiterror təlimləri keçiriləcək

Özbəkistanın paytaxtı Daşkənddə sentyabrın 4-5-də MDB ölkələrinin antiterror təlimləri keçiriləcək.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Özbəkistanın Milli İnformasiya Agentliyi (UzA) məlumat yayıb.

Təlimlərin məqsədi mühüm infrastruktur obyektlərində və insanların sıx toplaşdığı yerlərdə terror aktlarının müəyyən edilməsi və qarşısının alınması üzrə birgə tədbirlərin həyata keçirilməsi zamanı səlahiyyətli orqanların fəaliyyətinin təkmilləşdirilməsidir.

Daşkənddə sentyabrın 4-5-də Şanxay Əməkdaşlıq Təşkilatının Regional Antiterror Strukturunun elmi-praktik konfransı və MDB-nin terrorizm və ekstremizmə qarşı mübarizə üzrə konfransı keçiriləcək. Konfrans iştirakçıları qabaqcıl təcrübə mübadiləsi aparacaq, beynəlxalq əməkdaşlığın təkmilləşdirilməsi üzrə tədbirlərin hazırlanmasını, yeni çağırışlar və təhlükəsizlik təhdidləri ilə bağlı vahid anlaşma və yanaşmaların formalaşdırılmasını müzakirə edəcəklər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM