satellite   Azerspace-1: 11135 H 30000

XİN: Azərbaycanda 2020-ci ildən bəri 381 nəfər mina qurbanı olub

XİN: Azərbaycanda 2020-ci ildən bəri 381 nəfər mina qurbanı olub

2020-ci ildən bəri Azərbaycanda 381 nəfər mina qurbanına çevrilib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi "X" hesabında məlumat yayıb.

"Ermənistanın davam edən mina terroru nəticəsində bu gün Qazaxda mina partlayışında yaralanan daha bir Azərbaycan vətəndaşı. Keçmiş münaqişənin bitməsinə, 2020-ci ildən bəri 381 nəfərin mina qurbanına çevrilməsinə baxmayaraq Ermənistan düzgün mina xəritələrini təqdim etməkdən imtina etməyə davam edir ki, bu da ölkənin sülh və normallaşma prosesində iddia edilən səmimi iştirakına ziddir. Beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycana qarşı mina terrorunu davam etdirməsinə göz yummamalıdır".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM