satellite   Azerspace-1: 11135 H 30000

Ombudsman: Ermənistanın Azərbaycana təcavüzü nəticəsində 358 uşaq minalardan əziyyət çəkib

Ombudsman: Ermənistanın Azərbaycana təcavüzü nəticəsində 358 uşaq minalardan əziyyət çəkib

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün başladığı dövrdən indiyədək 3400-dən çox vətəndaş minalardan zərər çəkib, onlardan 358-i uşaqlardır.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsmanın) Səbinə Əliyeva “Uşaq Hüquqları Aylığı”nın elan olunması ilə bağlı müraciətində qeyd edib.

Ombudsman vurğulayıb ki, Ermənistanın uzun müddət işğal altında saxladığı ərazilərdə törətdiyi ekoloji cinayətlər, eləcə də basdırdığı minalar uşaqlar da daxil olmaqla mülki əhalinin həyat və sağlamlığına, onların təhlükəsiz geri qayıdışına ciddi əngəl törətməkdədir:

"Hesab edirəm ki, insan hüquqları sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlar tərəfindən bu istiqamətdə qətiyyətli addımlar atılmalı və Ermənistanın mina terroruna son qoyulmalıdır".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM