satellite   Azerspace-1: 11135 H 30000

Ceyhun Bayramov “3+3” regional platformasının nazirlər toplantısında çıxış edib

Ceyhun Bayramov “3+3” regional platformasının nazirlər toplantısında çıxış edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İstanbulda “3+3” regional platformasının nazirlər toplantısında çıxış edib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Azərbaycan XİN-in "X" hesabında paylaşım edilib.

Qeyd edilib ki, iclasda Azərbaycanın ümumi çağırışları, təhlükəsizlik, iqtisadiyyat, ticarət, enerji, nəqliyyat, rabitə və ətraf mühit kimi müxtəlif sahələrdə əməkdaşlıq imkanları müzakirə edilib.

Həmçinin münaqişədən sonrakı dövrün belə bir kritik anında regionda davamlı və dönməz sülhə nail olmaq üçün Ermənistan tərəfindən zəruri konstitusiya dəyişiklikləri vasitəsilə keçmiş münaqişənin rəvayətlərinin və strukturlarının qalıqlarının aradan qaldırılmasının vacibliyi vurğulanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM