satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan və Ermənistan sülh sazişinin bağlanması üçün daha çox səy göstərmək istiqamətində razılıq əldə ediblər

Azərbaycan və Ermənistan sülh sazişinin bağlanması üçün daha çox səy göstərmək istiqamətində razılıq əldə ediblər

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında İstanbulda "3+3" regional məşvərət platforması çərçivəsində görüş keçirilib.

Bu barədə  Naxçıvan televiziyası-a Azərbaycanın Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, tərəflər Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında Saziş ilə bağlı danışıqları davam etdirib, ən qısa zaman ərzində onun yekunlaşdırılması və bağlanması üçün daha çox səy göstərmək istiqamətində razılıq əldə ediblər.

Tərəflər Türkiyənin qonaqpərvərliyini təqdir ediblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM