satellite   Azerspace-1: 11135 H 30000

COP29-un prezidenti Milli Vəhşi Təbiət Mərkəzinin baş direktoru su təhlükəsizliyini müzakirə edib

COP29-un prezidenti Milli Vəhşi Təbiət Mərkəzinin baş direktoru su təhlükəsizliyini müzakirə edib

COP29-un müəyyən edilmiş prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Səudiyyə Ərəbistanının Milli Vəhşi Təbiət Mərkəzinin baş direktoru Məhəmməd Əli Qurbanla su təhlükəsizliyini müzakirə edib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə COP29-un sosial şəbəkə hesabında bildirilib.

“COP29-un müəyyən edilmiş prezidenti Milli Vəhşi Təbiət Mərkəzinin baş direktoru Məhəmməd Əli Qurban ilə müzakirədə COP29 ərəfəsində su təhlükəsizliyi, davamlı kənd təsərrüfatı və iqlim davamlılığı mövzuları ətrafında fikir mübadiləsi apararaq resursların idarə edilməsi üçün real fəaliyyətin təmin edilməsinin vacibliyini vurğulayıb”, – paylaşımda diqqətə çatdırılıb.

Xatırladaq ki, daha əvvəl Muxtar Babayev boliviyalı həmkarı Alan Lisperger Rosales ilə iqlim sahəsində əməkdaşlığı müzakirə etmişdi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM