Artıq bir neçə gündür ki, Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyası (COP29) uğurla ev sahibliyi edir. Azərbaycanın COP29-a ev sahibliyi etməsi və beynəlxalq ictimaiyyətdən dəstək alması bir daha beynəlxalq ictimaiyyətin rəsmi Bakıya olan hörmət və etimadını göstərir. Bu etimad Azərbaycan dövlətinin və Liderinin beynəlxalq müstəvidə təsdiqini tapmış yüksək inam, qətiyyət və gücünün təntənəsidir. Dünyanın 196 ölkəsindən gələn yüksək səviyyəli dövlət, hökumət nümayəndələrinin iştirakı bir daha göstərir ki, Azərbaycan dünyada prezidentimizin yüksək nüfuzu ilə güc ölkəsi kimi qəbul olunmuşdur.
Bu mötəbər tədbirin ölkəmizdə keçirilməsi qərarı Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun daha da yüksəldiyini göstərir. COP29-un ölkəmizdə keçirilməsinin və Azərbaycanın bütün bəşəriyyətin həyati önəm kəsb edən mövzularının müzakirə edildiyi bir platformaya çevrilməsinin böyük siyasi əhəmiyyəti var. Belə ki, artıq Azərbaycan öz hüquqlarını müdafiə edə bilməyən ölkədən başqaların hüquqlarını müdafiə edən bir ölkəyə çevrilmişdi. Bunu biz COP 29 da Cənab Prezidetinin çıxışında görürük: “Azərbaycan qoşulmama hərəkatna sədrlik etdiyi zaman kiçik ada dövlətlərinə dəstək verib, bu gündə COP 29-da kiçik dövlətlərin yanında durub. Azərbaycan gündəlik həyatlarında praktiki problemlərlə üzləşən kiçik ada dövlətləri ilə artıq təmas qurmağa başlayıb”. “Yeni Kaledoniya, Fransa Polineziyası, Mayot, Vallis və Futuna, Korsika, Reunion, Qvadelupa, Martinika, Fransa Qvianası, Sen-Pyer və Mikelon, Sent-Mert və Sent Varfolomey kimi Fransa müstəmləkələrinin xalqları, eləcə də Niderlandın Aruba, Kurasao, Sənt-Maarten, Boneyr, Sent Yefstaxiy və Saba kimi müstəmləkələrinin xalqları, – gəlin, həmin ərazidəki xalqları alqışlayaq, – bu gün XXI əsrdə də müstəmləkə hakimiyyətindən əziyyət çəkirlər. Hazırda Fransa Polineziyası və Yeni Kaledoniya 1946-1947-ci illərdə BMT tərəfindən qeyri-özünü idarə edən ərazilər kimi tanınır. Bununla belə, onların dekolonizasiya prosesi hələ də yubanır”, -dövlət başçısı bu çıxışı ilə ədalətsizliyə qarşı çıxdığını və həmişə əzilən, məzlum xalqların yanında durduğunu bir daha sübut etdi.
Müzəffər Ali Baş Komandan İlham Əliyev COP 29-un açılış mərasimində çıxışı zamanı Azərbaycana qarşı ittihamlardan da danışıb. Bu ittahamlarla çıxış edən dövlət və hökümət başçılarına ünvanlayaraq Cənab Prezidentimiz: “Onlara pis xəbər var: bizim 196 ölkədən gəlmiş və qeydiyyatdan keçmiş 72 min iştirakçımız var. Onların sırasında 80 prezident, vitse-prezident və Baş nazirlər var. Beləliklə, dünya Bakıya toplaşıb və biz bütün dünyaya deyirik: Azərbaycana xoş gəlmisiniz!” Prezident İlham Əliyev inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitində çıxışı zamanı Fransanın kolonial siyasətinin bu ölkələrə vurduğu böyük zərərdən danışdı. Bildirdi ki, əsrlər boyu Paris onların təbii sərvətlərini talan etdiyi kimi, əhalisinə də zülm edib və zülm etməyə davam edir. Onda bir sual ortaya çıxır: Nə üçün Fransa Azərbaycana qısqanclıqla yanaşır, nə üçün Fransa Azərbaycana qarşı qərəzli siyasət yeridir? Çünki, Fransa Azərbaycanın müstəqil, hüquqi siyasət yeritməyini istəmir, Fransa və Niderland kimi ölkələri Azərbaycanın Ermənistan kimi xaosa, anarxiyaya sürükləyib, sonra açıq-aşkar Azərbaycanın apardığı uğurlu siyasətinə müdaxilə etmək istəyir. Ancaq Fransa bir məsələni yaddan çıxarıb, unudub ki, Azərbaycan artıq 90-cı illərin Azərbaycanı deyil. Azərbaycan o illərin Azərbaycanı olmadığını ilk öncə 44 günlük Vətən müharibəsində, sonra 23 saatlıq antiterror əməliyatları zamanı, daha sonra isə COP 29 adlı beynəlxalq tədbirə ev sahibliyi etməklə bütün dünyaya göstərdi.
COP 29 keçirildiyi bir vaxtda ölkəmizə qarşı çirkin kampaniyanın aparılacağı gözlənilən idi. Çünki bu çirkin kampaniyaları aparan dövlətlər 907-ci maddəni Azərbaycan xalqına qarşı qərəzli tətbiq etməsindən çox da uzun zaman keçməyib. Çünki, BMT-nin çıxardığı qətnamələr və onlara məhəl qoyulmamasından zaman olaraq çox da uzaqlaşmamışıq. Çünki, bu dövlətlərin ATƏT-in Minski qrupu olaraq daima ikili siyəsət yeritdiklərinin şahidi olduq.
Azəzrbaycan COP 29-a milli-mənəvi dəyərləri ilə də örnək oldu. COP 29 iştirakçıları Azərbaycanın milli-mənəvi dəyərlərinə heyranlıqlarını gizlətməmişdilər. Bunu biz ABŞ dövlət katibinin silahlara nəzarət və beynəlxalq təhlükəsizlik üzrə müavini Bonni Cenkins İçərişəhərə qısa bir səfər etdiyini Azərbaycanın yerli bal və pendir (ənənəvi pendir çörək) ilə ləzzətli Azərbaycan yeməklərini daddığını və çox dadlı olduğunu qeyd etdiyini görürük. Buradan bir daha xatırlatmaq istərik ki, azərbaycanlılar həmişə pendir çörək yox duz çörək kəsiblər, sizdə bunu düz çörək kimi başa düşün, yəni ikili siyasət oynamayın. Bu torpaqlardan əlinizi, gözünüzü çəkin.
Bundan əlavə ölkəmizdə olan digər qonaqlar, xüsusilə Avropa ölkəsinin vətəndaşları Azərbaycan xalçası haqqında heyrətlə danışıblar. Onların ilmələrinə naxışlarına valeh olduqlarını bildiriblər. Onlara bir tövsiyəm var, düşmənçilik ruhlarındadırsalar, düşmən gözü ilə baxırlarsa onları almağa qalxmasınlar. Görkəmli elm xadimi, yazıçı ədəbiyyatşünas Mir Cəlal Paşayevin yaratdığı obrazın dili ilə desək “İtə atarıq, yada satmarıq”. Ya da alın, alın, biz xalq olaraq, millət olaraq qonaqpərvər, alnıaçıq, əliaçıq xalqıq. Sizləri necə COP 29-da qarşılamağımızı, qonaq etdiyimizi gördünüz. Amma sizlərə bir məsləhətimiz var, aldığınız xalçaları havadarlıq etdiyiniz ermənilərə satmayın, çünki sizi də aldadıb bizimkidi deyə yenidən sizlərə sırıyarlar. Çünki, onların xislətində başqa xalqların milli-mənəvi dəyərlərinə göz dikmək olduğu bilinməkdədir. Bunları sizdə bilirsiniz.
Bəli, dünya dövlətlərinin Azərbaycana, onun Prezidentinə göstərdiyi etimad – COP 29-un ölkədə keçirilməsinə razılıq bəzi qüvvələrdə qısqanclıq yaradacağı gözləniləndir.
Ancaq bunlara baxmayaraq Azərbaycanın COP 29-a ev sahibliyi edir və bunlar beynəlxalq ictimaiyyətin rəsmi Bakıya olan hörmət və etimadını göstərir.
Asəf ORUCOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisin deputatı