satellite   Azerspace-1: 11135 H 30000

Bələdiyyə seçkiləri ilə bağlı səsvermə protokollarının DSK-lara verilməsi sabah başa çatır

Bələdiyyə seçkiləri ilə bağlı səsvermə protokollarının DSK-lara verilməsi sabah başa çatır

Azərbaycanda yanvarın 29-na təyin edilən bələdiyyə seçkilərində səsvermə protokollarının Mərkəzi Seçki Komissiyasından dairə seçki komissiyalarına (DSK) verilməsi müddəti sabah başa çatır.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə məlumat “Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”nda öz əksini tapıb.

Seçki Məcəlləsinə əsasən, protokollar səsvermə gününə azı 20 gün qalanadək DSK-lara verilməlidir.

Təqvim planında bu müddət 2025-ci il yanvarın 9-da başa çatır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM