satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə mediası Prezident İlham Əliyevin müsahibəsinə geniş yer ayırıb

Türkiyə mediası Prezident İlham Əliyevin müsahibəsinə geniş yer ayırıb

Azərbaycan Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsində səsləndirdiyi fikirlər Türkiyə mediasında geniş işıqlandırılıb.

Naxçıvan televiziyası xəbər verir ki, xəbər agentlikləri, qəzetlər, informasiya portalları və televiziya kanalları Azərbaycan rəhbərinin Ankara ilə Bakının sıx əməkdaşlığı, Türkiyə sərhədləri yaxınlığında terror təhlükəsinin yolverilməzliyi barədə sözlərinə xüsusi diqqət yetirib.

Prezident İlham Əliyevin Yaxın Şərqdə, xüsusilə Fələstin və Suriyadakı vəziyyətlə bağlı mövqeyi geniş auditoriyaya çatdırılıb.

Türkiyə ictimaiyyətinə dövlətimizin başçısının İranda Azərbaycan və Türkiyə prezidentlərinin ünvanına səsləndirilən qalmaqallı bəyanatlara münasibəti də çatdırılıb.

Əsas diqqət Prezident İlham Əliyevin Cənubi Qafqazda silahlanma yarışının yolverilməzliyi ilə bağlı bəyanatlarına, siyasətçinin Ermənistanla sülhün perspektivləri ilə bağlı mövqeyinə və anti-Azərbaycan isterikasını qızışdıran Fransanı tənqid etməsinə cəlb olunub.

Bəzi media orqanları Azərbaycan Prezidentinin regional kommunikasiyaların, o cümlədən Zəngəzur dəhlizinin açılması məsələsi ilə bağlı sözlərini öz materiallarının sərlövhəsinə çıxarıblar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Birjalarda neft bahalaşıb

09:48 09.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM