satellite   Azerspace-1: 11135 H 30000

“Haber Global”ın efirində Azərbaycan liderinin son bəyanatları geniş işıqlandırılıb - VİDEO

Türkiyənin “Haber Global” telekanalında ekspertlərin iştirakı ilə hazırlanan verilişdə Azərbaycan Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsində səsləndirdiyi fikirlər yer alıb.

Naxçıvan televiziyası xəbər verir ki, müzakirələrdə Azərbaycan rəhbərinin Ankara ilə Bakının sıx əməkdaşlığı, Türkiyə sərhədləri yaxınlığında terror təhlükəsinin yolverilməzliyi barədə sözlərinə xüsusi diqqət yetirilib.

Azərbaycan liderinin “Türkiyənin bütün digər sərhədlərində də terrorçuluğa yer olmamalıdır. Biz də Türkiyənin müttəfiqi kimi hər zaman istənilən formada onların yanındayıq və bunu Türkiyə tərəfi bilir” ifadəsinə xüsusi əhəmiyyət verən ekspertlər Prezident İlham Əliyevin Yaxın Şərqdə, xüsusilə Fələstin və Suriyadakı vəziyyətlə bağlı mövqeyi barədə danışıblar.

İstanbul Gelişim Universitetinin doktorantı Ali Semin bildirib ki, Türk Dövlətləri Təşkilatının aktiv fəaliyyət göstərməsində Türkiyə və Azərbaycanını xüsusi rolu var. Türkiyəli siyasi ekspert Oğuzhan Bilgin isə rəsmi Tehranın Azərbaycan və Türkiyəyə qarşı siyasətini kəskin tənqid edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Birjalarda neft bahalaşıb

09:48 09.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM