satellite   Azerspace-1: 11135 H 30000

Lavrov: Moskva İrəvanla Bakı arasında normallaşmaya kömək etməyə hazırdır

Lavrov: Moskva İrəvanla Bakı arasında normallaşmaya kömək etməyə hazırdır

Rusiya Ermənistanla Azərbaycan arasında bütün istiqamətlərdə münasibətlərin normallaşmasına kömək etməyə hazırdır.

Naxçıvan televiziyası Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Ararat Mirzoyanla danışıqlar zamanı deyib.

“Biz 2020-ci və 2022-ci illərdə üç ölkənin rəhbərləri tərəfindən əldə edilmiş üçtərəfli razılaşmaların inkişafı məqsədilə Ermənistan və Azərbaycan arasında bütün sahələrdə münasibətlərin normallaşmasına lazımi dəstək verməyə hazırıq", - nazir bildirib.

Rusiya ilə Ermənistan arasında əməkdaşlığa toxunan Lavrov iki ölkə arasında ticarət-iqtisadi əlaqələrin yüksəlişdə olduğunu deyib.

"Ticarət dövriyyəsi rekord səviyyəyə çatır, keçən il təxminən 12 milyard dollar təşkil edib", - o qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM