satellite   Azerspace-1: 11135 H 30000

Türkiyənin ölkəmizdəki səfiri Qərbi Azərbaycan İcmasına vida ziyarəti edib

Türkiyənin ölkəmizdəki səfiri Qərbi Azərbaycan İcmasına vida ziyarəti edib

Ölkəmizdə fəaliyyət müddətini başa vurmaqda olan Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı yanvarın 22-də Qərbi Azərbaycan İcmasına vida ziyarəti edib.

Naxçıvan televiziyası xəbər verir ki, İcmanın İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli əvvəlcə Türkiyənin Bolu vilayətinin Kartalkaya qəsəbəsində baş vermiş yanğınla bağlı qardaş ölkənin diplomatına başsağlığını ifadə edib.

Əziz Ələkbərli iki qardaş ölkə arasında münasibətlərin daha da dərinləşməsinə verdiyi töhfələrə və Qərbi Azərbaycan məsələsində göstərdiyi mənəvi dəstəyə görə səfirə təşəkkür edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Cahit Bağçı Azərbaycanda səfir kimi fəaliyyətinin onda silinməz xatirələr buraxdığını qeyd edərək, insan hüquqları məsələsi olan Qərbi Azərbaycan mövzusuna Türkiyənin həmişə dəstək verəcəyini bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM