satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan-Pakistan hərbi əməkdaşlığı müzakirə olunub, təlimat imzalanıb - FOTOLAR

Azərbaycan-Pakistan hərbi əməkdaşlığı müzakirə olunub, təlimat imzalanıb <font color=red> - FOTOLAR</font> Azərbaycan-Pakistan hərbi əməkdaşlığı müzakirə olunub, təlimat imzalanıb <font color=red> - FOTOLAR</font>

Yanvarın 23-də Azərbaycan Ordusu Quru Qoşunların komandanının müavini general-mayor İlqar Lətifov ölkəmizdə rəsmi səfərdə olan Pakistan Silahlı Qüvvələrinin Hərbi Əməliyyatlar üzrə Baş Direktoru general-mayor Abdulla Kəşifin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Azərbaycan MN məlumat yayıb.

Görüşdə Azərbaycan-Pakistan arasında hərbi sahədə əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, həmçinin hərbi qulluqçuların bilik və bacarıqlarının daha da təkmilləşdirilməsi məqsədilə təcrübə mübadiləsinin aparılması üçün keçirilən birgə təlimlərin intensivliyinin artırılmasının vacibliyi vurğulanıb.
Sonda "Azərbaycan Ordusunun Quru Qoşunları ilə Pakistan Ordusunun Quru Qoşunları arasında Qərargah danışıqlarının keçirilməsinə dair Təlimat" imzalanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM