satellite   Azerspace-1: 11135 H 30000

İcma Ermənistanın irqçi siyasətini qınayaraq qərbi azərbaycanlıların qayıdış hüququnun təmin olunmasını tələb edib

İcma Ermənistanın irqçi siyasətini qınayaraq qərbi azərbaycanlıların qayıdış hüququnun təmin olunmasını tələb edib

Qərbi Azərbaycan İcması Ermənistanın irqçi siyasətini qınayaraq qərbi azərbaycanlıların qayıdış hüququnun təmin olunmasını tələb edib.

İcmadan Naxçıvan televiziyası-a daxil olan bəyanatda bildirilib ki, Ermənistan Xarici Kəşfiyyat Xidməti 2025-ci il yanvarın 23-də dərc etdiyi illik hesabatında Qərbi Azərbaycan mövzusunu hərbi-siyasi risk kateqoriyasında verib.

"Etnik təmizləməyə məruz qalmış qərbi azərbaycanlıların beynəlxalq hüquq çərçivəsində sülh yolu ilə, təhlükəsiz şəraitdə və ləyaqətli şəkildə öz evlərinə qayıtmaq arzularını təhlükəsizlik riski kimi təqdim etmək bu haqq işini təhrif etməyə xidmət edir və Ermənistanın multietnikliyi özünə təhdid kimi gördüyünü sübut edir. Ermənistanın bu yanaşması onun onilliklərdən bəri yürütdüyü irqçi siyasətinin davam etdiyini göstərir", - bəyanatda vurğulanıb.

Qərbi Azərbaycan İcması Ermənistan hökumətinin irqçi siyasətini sərt şəkildə qınayır və ondan qərbi azərbaycanlıların qayıdış hüququnun təmin olunmasını tələb edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM