satellite   Azerspace-1: 11135 H 30000

Tramp Putin ilə görüşün mümkün vaxtını açıqlayıb

Tramp Putin ilə görüşün mümkün vaxtını açıqlayıb

ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə Səudiyyə Ərəbistanında görüşünün dəqiq vaxtının hələ müəyyən edilmədiyini, lakin onun “çox da uzaq olmayan gələcəkdə” baş tutacağını güman etdiyini bildirib.

Naxçıvan televiziyası xəbər verir ki, bunu Amerika lideri Ağ evin mətbuat qrupunun jurnalistlərinə söyləyib.

“Biz ilk dəfə Səudiyyə Ərəbistanında görüşəcəyik. Görək bunu necə edəcəyik”, – o deyib.

Qeyd edək ki, daha əvvəl “Reuters” görüşün təşkilində Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman Əl-Səudun iştirak etdiyini bildirmişdi.

Xatırladaq ki, daha əvvəl Kremlin mətbuat katibi Dmitri Peskov tərəflər arasında telefon danışığının baş tutduğunu açıqlamışdı. Tramp isə Putinlə “məhsuldar” telefon danışığı barədə məlumat vermiş və “dərhal danışıqlara başlamaq” niyyətini vurğulamışdı.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Birjalarda neft qiymətləri

10:56 04.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM