satellite   Azerspace-1: 11135 H 30000

Ukrayna Prezidenti: Səudiyyə Ərəbistanı və Türkiyəyə səfər edəcəm, lakin Rusiya heyətləri ilə görüşməyəcəm

Ukrayna Prezidenti: Səudiyyə Ərəbistanı və Türkiyəyə səfər edəcəm, lakin Rusiya heyətləri ilə görüşməyəcəm

Ukrayna Prezidenti Volodimir Zelenski Səudiyyə Ərəbistanı və Türkiyəyə səfər edəcəyini, lakin Rusiya nümayəndələri ilə görüşmək niyyətində olmadığını bildirib.

Naxçıvan televiziyası “RBK-Ukrayna”ya istinadən xəbər verir ki, Ukrayna lideri bunu Münxen Təhlükəsizlik Konfransı çərçivəsində jurnalistlərə bildirib.

"Səudiyyə Ərəbistanına, sonra Türkiyəyə rəsmi səfərim olacaq. Rusiyalılarla heç bir görüş olmayacaq", - o vurğulayıb.

Ukrayna Prezidenti Səudiyyə Ərəbistanı və Türkiyəyə səfərin nə vaxt planlaşdırıldığını dəqiqləşdirməyib.

Fevralın 13-də ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, gələn həftə Səudiyyə Ərəbistanında ABŞ, Ukrayna və Rusiya nümayəndələrinin görüşü keçiriləcək.

D.Tramp həmçinin bildirmişdi ki, üç ölkənin nümayəndələri Münxen Təhlükəsizlik Konfransında görüşəcəklər. Ukrayna Prezidentinin kommunikasiya üzrə müşaviri Dmitri Litvin bunu təkzib edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM