satellite   Azerspace-1: 11135 H 30000

Zaxarova: Bakı-Moskva münasibətlərinə xələl gətirmək cəhdləri uğursuzluğa məhkumdur

Zaxarova: Bakı-Moskva münasibətlərinə xələl gətirmək cəhdləri uğursuzluğa məhkumdur

Azərbaycan və Rusiya tərəfdaşlıq, müttəfiqlik münasibətlərinə malikdir və bu münasibətlərə xələl gətirmək cəhdləri uğursuzluğa məhkumdur.

Naxçıvan televiziyası xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

"Azərbaycan və Rusiya münasibətləri uzun tarixə malikdir və bu, müvafiq sənədlərlə təsbit olunub. Buna görə də hesab edirəm ki, bu münasibətlərin tarixi və qüvvədə olan beynəlxalq hüquqi bazası olduğu üçün bu iki amil həmin münasibətlərin gələcəyini müəyyən edir. Əlbəttə, münasibətlərdə hər şey ola bilər və biz indi bunu yaşayırıq", - M.Zaxarova deyib.

Onun sözlərinə görə, ölkələrin və xalqların tarixi nə qədər zəngindirsə, problemli məsələlər bir o qədər kəskin yaşanır, "biz məsələlərin konstruktiv həllinə hazırıq və bu barədə dəfələrlə xatırlatmışıq".

"Biz rəsmi Bakını nəyin narahat etdiyini bilirik. Biz yaxşı başa düşürük ki, Azərbaycan və Rusiya vətəndaşlarının həyatına son qoyan faciə, təyyarə qəzası (2024-cü ilin dekabr ayının sonunda AZAL-a məxsus təyyarənin qəzaya uğraması) həm orada, həm də bizdə çox kəskin şəkildə yaşanır", - XİN rəsmisi bildirib.

O vurğulayıb ki, belə birgə tarix, o cümlədən də regional məsuliyyət zonası və inkişaf perspektivləri ilə bir-birinə bağlı olan xalqlar və ölkələr arasında nifaq salmaq cəhdləri uğursuzluğa məhkumdur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM