satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan və Qvineya XİN başçıları beynəlxalq platformalarda əməkdaşlığı müzakirə ediblər

Azərbaycan və Qvineya XİN başçıları beynəlxalq platformalarda əməkdaşlığı müzakirə ediblər

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Münxen Təhlükəsizlik Konfransında iştirakı çərçivəsində Qvineyanın xarici işlər, beynəlxalq əməkdaşlıq, Afrika inteqrasiyası və xaricdəki qvineyalılar naziri Morissanda Kouyate ilə görüşüb.

Bu barədə Naxçıvan televiziyası-a XİN-dən məlumat verilib.

Bildirilib ki, görüşdə iki ölkə arasında iqtisadiyyat, ticarət, təhsil, humanitar və s. sahələr üzrə əməkdaşlıq imkanları müzakirə olunub.

C.Bayramov iki ölkə arasında qarşılıqlı səfər və təmasların ikitərəfli, habelə çoxtərəfli əməkdaşlıq perspektivlərinin müzakirəsinə töhfə verdiyini bildirib.

Xüsusilə təhsil sahəsində əməkdaşlığın, təqaüd və mübadilə proqramlarının gənclər, o cümlədən xalqlarımız arasında təmasların inkişafında mühüm rolu qeyd olunub.

Regional və beynəlxalq təşkilatlar, xüsusilə BMT, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığın davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.

Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM