satellite   Azerspace-1: 11135 H 30000

Nazirlər Kabineti hava hərəkəti xidmətləri ilə bağlı qərar qəbul edib

Nazirlər Kabineti hava hərəkəti xidmətləri ilə bağlı qərar qəbul edib

Nazirlər Kabineti “Hava hərəkəti xidmətlərini təmin edən təchizatçıların, habelə sistemlərin, onların tərkib hissələrinin layihələndirilməsinə, istehsalına və ya texniki xidmətinə cəlb olunan təşkilatların sertifikatlaşdırılması Qaydası”nı təsdiqləyib.

Naxçıvan televiziyası xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, Qayda “Aviasiya haqqında” qanuna uyğun hazırlanıb, onunla tənzimlənməyən məsələlər bu qanuna, “Beynəlxalq Mülki Aviasiya haqqında” 7 dekabr 1944-cü il tarixli Konvensiyaya uyğun həyata keçirilir. Qaydada istifadə olunan anlayışlar həmin qanunla, digər normativ hüquqi aktlar və Qaydada nəzərdə tutulmuş digər sənədlərlə müəyyən edilmiş mənaları ifadə edir. Qaydanın tələblərinin yerinə yetirilməsinə nəzarəti Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Dövlət Mülki Aviasiya Agentliyi həyata keçirir. 

Sertifikatlaşdırma aşağıdakı mərhələlərdən ibarətdir və 90 gün müddətində aparılır:

- müraciətdən əvvəlki mərhələ;

- müraciət və ilkin qiymətləndirmə;

- sənədlərin yoxlanılması;

- xidmət təminatçısının vasitələrinin, xidmətlərinin və avadanlıqlarının qiymətləndirilməsi;

- uyğunluq sertifikatının verilməsi və ya verilməsindən imtina. 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Neft bahalaşıb

11:07 03.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM