satellite   Azerspace-1: 11135 H 30000

İran və Rusiya XİN başçıları Tehranda Cənubi Qafqazdakı vəziyyəti müzakirə edəcəklər

İran və Rusiya XİN başçıları Tehranda Cənubi Qafqazdakı vəziyyəti müzakirə edəcəklər

Rusiyanın xarici işlər naziri (XİN) Sergey Lavrov iranlı həmkarı Abbas Əraqçinin dəvəti ilə bu gün Tehrana işgüzar səfərə gedəcək.

Naxçıvan televiziyası Rusiya Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, tərəflər Rusiya-İran münasibətlərinin ikitərəfli gündəliyini müzakirə edəcəklər.

Danışıqların əsas məsələsi ticari-iqtisadi əməkdaşlığın genişləndirilməsi, o cümlədən enerji və nəqliyyat sahələrində birgə layihələrin həyata keçirilməsi olacaq.

"Həmçinin Cənubi Qafqaz, Əfqanıstan, Yəmən, Fars körfəzindəki vəziyyət, Yaxın Şərq nizamlanması, Xəzər problemi və İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının perspektivləri kimi aktual beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi gözlənilir", - XİN-dən bildirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM