satellite   Azerspace-1: 11135 H 30000

"Haber Global" telekanalı Xocalı sakinləri ilə görüşüb, faciə gecəsi ilə bağlı süjet hazırlayıb - VİDEO

Türkiyənin “Haber Global” telekanalında Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı geniş videomaterial hazırlanıb.

Naxçıvan televiziyası xəbər verir ki, telekanal əməkdaşları Xocalı sakinləri ilə görüşüb, faciənin baş verdiyi gecə ilə bağlı təəssüratlarını dinləyiblər.

Xocalı sakinləri 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş verənləri, rayon ərazisindən çıxaraq Ağdam istiqamətinə neçə qaçdıqlarını danışıblar.

Süjetdə Qarqar çayını keçdikdən sonra sakinlərin bir qisminin əsir götürüldüyü, bir qisminin isə atəşə tutularaq öldürüldüyü vurğulanıb.

Videomaterialda 33 illik həsrətdən sonra Xocalıda yenidən həyatın bərpa olunduğu, sakinlərin doğma yurd-yuvalarına qayıtması da qeyd olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM